“Barselona”nın yeni transfer hədəfi
18.03.2024 , 16:28

“Barselona”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Feyenoord”un yarımmüdafiəçisi Mats Vifferlə maraqlanır.
Kataloniya klubu oyunçunu heyətində görməkdə istəklidir.
Niderland təmsiçisi Vifferə görə “Barselona”dan 25 milyon avro tələb edir.
