“Barselona”nın yeni transfer hədəfi
13.02.2024 , 19:41

“Barselona” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İspaniya nəhəngi “Atletiko”nun futbolçusu Mario Hermosonu transfer etmək istəyir.
Oyunçu Kataloniya klubunun əsas hədəfindədir.
28 yaşlı futbolçunun “Atletiko” ilə müqaviləsi bu yay başa çatacaq.
O, 31 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
