“Barselona” “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanı transfer etməkdə israrlıdı.
Korner.az-ın məlumatına görə, Kataloniya klubu gürcüstanlı futbolçu üçün lazım olan təzminatı neapollulara ödəməyə hazır olduğu bildirilir.
Tərəflər arasında danışıqlar davam edir. Əgər məsələ müsbət yöndə həllini tapsa, Xviçanı yayda “Barsa”da görə bilərik.
