“Barselona”nın istədiyi ukraynalılar
24.01.2024 , 11:02

“Barselona” “Jirona”nın iki futbolçusuna göz dikib.
Korner.az-ın məlumatına görə, Kataloniya klubu La Liqanın bu mövsümkü sürpriz komandasından futbolçuları Viktor Çıqankovla Artyom Dovbiki transfer etmək niyyətindədir.
“Barsa” tərəfi bu ukraynalı futbolçuların mümkün keçidi üçün çalışır.
