Avro-2012-nin ən yaxşı futbolçusu seçilən Andres İnyesta evlənib. Korner.az-ın məlumatına görə, İspaniya millsinin və “Barselona”nın yarımmüdafiəçisi bir yerdə yaşadığı Anna Ortislə münasibətləri rəsmiləşdirib.
Futbolçunun toyunda 700-dən qonaq iştirak edib. Onların sırasında Lionel Messi, Karles Puyol, Xabi Alonso, Herard Pike, Xavi, Sesk Fabreqas, Samuel Eto’o, Sandro Rosel və başqa ünlü isimlər də olub.
Qeyd edək ki, 2011-ci ildə İnyestanın Anna Ortisdən bir qızı dünyaya gəlib.
