“Barselona”da yeni müqavilə
27.01.2023 , 20:52

“Barselona” futbolçusu Markos Alonso ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Markos ötəni ilin yayından “Barselona”da oynayır. Tərəflər arasında əvvəlki müqavilə 2023-cü ilin iyununa kimi hesablanmışdı.
