“Barselona”nın heyətində itki baş verib.
Korner.az– ın məlumatına görə, mərkəz müdafiəçisi Jerar Pike Rusiya “Spartak”ı ilə Çempionlar Liqası matçında xəsarət alıb.
Matçin 12-ci dəqiqəsində zədələnən futbolçu meydanı tərk edib. Pike 2-3 həftə oynamaya bilər.
Qeyd edək ki, Jerar Pike oktyabrın 7-də “Barselona”nın “Real Madrid”lə keçirəcəyi İspaniya çempionatı matçını da buraxa bilər. Həmin oyunda digər mərkəz müdafiəçisi və kapitan Karles Puyolun çıxış etməyəcəyi dəqiqdir. Habelə, yarımmüdafiəçi Andres İnyestanın da iştirakı sual altındadır.
