“Barselona”da itki
28.11.2023 , 14:56

“Barselona”nın futbolçusu Qavi bu gün əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Diz çarpaz bağlarından əməliyyat olunan oyunçunun vəziyyətinin yaxşı olduğu bildirilir.
Qavinin təxmini 8 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
