“Barselona”da ciddi itki
28.09.2018 , 19:23
“Barselona” ciddi itki ilə üzləşib.
Kataloniyalılar fransız müdafiəçi Samuel Umtitinin xidmətindən məhrub olubb. Diz bağları qopan 24 yaşlı futbolçu bir neçə ay oynamayacaq.
Qeyd edək ki, Umtiti 2016-cı ildən “Barselona”da çıxış edir.