Bu gecə İspaniya Superkuboku çərçivəsində Madridin "Real" və "Barselona" klubları üz-üzə gələcək.
Korner.az-ın məlumatına görə, İspaniya La Liqasının qalibi "kral klubu", ölkə kubokunun sahibi olan katalonlarla münasibətlərə aydınlıq gətirəcəklər.
Bakı vaxtı ilə saat 01:30 da baş tutacaq ilk oyun "Nou Kamp"da oynanılacaq.
Oyunu televiziya vasitəsi ilə izləmək istəyən azarkeşlər üçün qeyd edək ki, matç Türkiyənin "Star" Tv ölkəmizdə isə "Azad Azərbaycan" kanalında canlı yayımlanacaq.
01:30. "Barselona" – "Real" (Madrid)
