“Barselona” rəsmisindən Messi açıqlaması
22.05.2023 , 10:45
“Barselona” rəsmisi Lionel Messi ilə bağlı maraqlı açıqlama verib.
Korner.az xəbər verir ki, klubun vitse-prezidenti ulduz futbolçunun komandaya qayıtmasını istədiyini bildirib:
“Azarkeşlər həmişə onun haqqında soruşurlar. Hər dəfə onunla bağlı danışanda çətinlik çəkirəm. Messini geri qaytarmaq istəyirəm. Çünki mən də bir “Barselona” fanatıyam. Ayrılığını hələ də unutmamışam. O, bizim infrastrukturda böyüyüb, kluba çox şeylər qatıb. Bu cür hekayələr xoşbəxt sonla bitməlidir. Baxmayaraq ki, hər şey ondan asılıdır, ümid edirəm ki, o, qayıtmağa qərar verər. Geri dönərsə, hamımız çox xoşbəxt olacağıq.”