“Barselona” rəhbərliyindən Messi açıqlaması
15.05.2023 , 18:56

“Barselona”nın rəhbərliyi Lionel Messinin komandaya yenidən cəlb edilməsi istəyinə münasibət bildirib.
Korner.az xəbər verir ki, o, yenidən ulduz futbolçunu transfer etməyə çalışacaqlarını bildirib:
“Onu komandaya qaytarmaq üçün hər şeyi edəcəyik. Yeni mövsüm üçün komandanı qurmaq üzərində işləyirik. Klubu gücləndirəcəyimizə ümid edirik. İqtisadi qaydaları pozmadan komandanı inkişaf etdirmək üçün yaxşı planımız var”.
