PSJ yarımfinalda!
17.04.2024 , 01:13
![](https://korner.az/wp-content/uploads/2019/08/CL-1.jpg)
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Korner.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutub.
“Barselona” azarkeşləri önündə PSJ-yə darmadağın olub – 1:4.
Dortmund “Borussiya”sı isə “Atletiko”ya 4:2 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
16 aprel
23:00 Barselona – PSJ – 1:4
Qollar: Rafinya, 11 – Osman Dembele, 40, Vitinya, 54, Kilian Mbappe, 61, 89
İlk oyun – 3:2
23:00 Borussiya Dortmund – Atletiko – 4:2
İlk oyun 1:2
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)