“Barselona” onu göndərir
31.05.2024 , 14:00

“Barselona”nın göndərəcəyi oyunçulardan biri məlum olub.
Korner.az xəbər verir ki, söhbət Joao Kanselodan gedir.
Komandanın baş məşqçisi onu yeni mövsümdə klubda görmək istəmir. Bu səbəbdən Kataloniya klubu onunla yolları ayırmaq fikrindədir.
Kanselo bu mövsüm “Barselona”nın heyətində 42 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
