“Barselona” mövsümə kubokla başladı
13.08.2018 , 10:02

İspaniya Superkubokunun qalibi məlum olub. Həlledici qarşılaşmada “Barselona” “Sevilya”nı sınağa çəkib.
Matça “Sevilya” qolla başlasa da, “Barselona” geri dönüş edə bilib. Əvvəlcə ilk yarının sonuna 3 dəqiqə qalmış hesabı bərabərləşdirən Kataloniya təmsilçisi 78-ci dəqiqədə önə keçib.
12 avqust
İspaniya Superkuboku
“Barselona” – “Sevilya” 2:1
Qollar: Sarabia, 9 (0:1), Pike, 42 (1:1), Dembele, 78 (2:1)
