İspaniyanın məşhur "Barselona" klubu "Xəzər Lənkəran"ın əvəzedicilərdən ibarət komandasının gənc futbolçusu Cem Fələkə elçi düşüb.
Korner.az–ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Kataloniya təmsilçisi "ağ-yaşıllar"la danışıqlara başlayıb və bu danışıqlar davam edir.
Əgər tərəflər arasında danışıqlar müsbət yekunlaşarsa millimizin də (U-19), şərəfini qoruyan Cem Fələk "Barselona"nın 17 yaşadək futbolçulardan ibarət komandasına, daha sonra isə əvəzedici komandasına cəlb olunacaq.