AFFA Topaz Premyer Liqasının 2013/14 mövsümü ilə bağlı legioner limitinə aydınlıq gətirib.
Korner.az-ın qrumun rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə çempionatında mövcud olan indiki limitin detalları açıqlanıb.
Hazırda qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemində sonunculara kimin aid ediləcəyi məlum olub. Belə ki, Topaz Premyer Liqasının 2013/2014 mövsümündə də 21 yaşadək futbolçu 1992-ci il təvəllüdlü və ondan sonrakı illərdə anadan olan oyunçu olmalıdır.
2012/13 mövsümündə də məhz 1992-ci il təvəllüdlülərin bu kateqoriyaya şamil olunduğunu nəzərə alsaq, AFFA-nın klublara güzəşt etdiyi qənaətinə gəlmək olar. Çünki davam edən çempionatda 1992-yə bərabər olan rəqəm qarşıdakı çempionatda əslində 1993-lə əvəzlənməli idi.
