İspaniyanın "Barselona" klubu İngiltərənin "Tottenhem"ində forma geyinən Qaret Beylin keçidini həll edib. Korner.az-ın məlumatına görə, uelsli futbolçu qarşıdakı 5 illik ərzində Kataloniya təmsilçisinin şərəfini qoruyacaq.
Bu barədə "Marka" xəbər yayıb. Məlumatda bildirilir ki, müdafiəçinin transfer məbləği 40 milyon avro təşkil edəcək. Keçidin təfərrüatları yaxın vaxtlarda iki klub arasında razılaşdırılacaq. Anlaşma şərtlərinə əsasən, Beyl ilinə 5 milyon avro qazanacaq.
Qeyd edək ki, bu yaxınlarda Qaret Beyl Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi halda “Tottenhem”dən ayrılacağını açıqlayıb. 37 turdan sonra London təmsilçisi İngiltərə çempionatında 4-cü pillədədir. Bu mövsüm Beyl 35 matçda 10 qol vurub.