“Barselona” cərimələndi
18.04.2024 , 21:58

UEFA “Barselona”nı cərimələyib.
Korner.az xəbər verir ki, buna Kataloniya təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının 1/4 finalının PSJ ilə səfər oyununda qeyri-etik davranışları səbəb olub.
Azarkeşlərin priotexniki vasitələrdən istifadə etməsinə, rəqibin futbolçusu Usman Dembeleyə qarşı irqçi jestlər etməsinə görə “Barselona” ümumilikdə 32 min avro cərimə edilib.
