“Barselona”nın zədəli futbolçuları Tomas Vermalen və Adrianonun bərpa prosesi davam edir.
Korner.az-ın məlumatına görə, hər iki oyunçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb və oktyabrın 17-də növbəti turda “Rayo Valyekano”ya qarşı keçirəcəkləri oyunda iştirak edəcəklər.
29 yaşlı Vermalen sonuncu dəfə sentyabrın ortasında “Atletiko” ilə matçda meydana çıxmışdı.
Adriano isə zədə səbəbindən “Barselona”nın “Bayer” (2:1) və “Sevilya” (1:2) ilə keçirdiyi oyunları buraxıb. (Marca)