"Barselona" "gələcəyin Messi"siniheyətinə qatmaq üçün transfer görüşməsinə başlayıb.
Korner.az İspaniyanın "Marka" nəşrinə istinadən xəbər verir ki, katalonlar "Malaqa"nın formasını geyinən 13 yaşlı Brahim Abdelkader Diasın keçidini bu həftə bitirmək üçün qarşı tərəflə danışıqlara başlayıb.
Diasa 1 ildi göz qoyan "Barsa" Messinin 13 yaşındakı oyun üslubuna sahib olan balaca "ulduz" üçün "Malaqa"ya 50 min avro ödəməyə hazır olduğunu bildirib. "Malaqa" isə 100 min avrodan aşağı məbləği qəbul etməyəcəyini deyib.
"Barselona"nın sabiq baş məşqçisi Pep Qvardiolanın qardaşı Pere Qvardiolanın apardığı danışıqlarda son addımın sabah keçiriləcək görüşdə atılacağı deyilir.
Qeyd edək ki, Dias "Barsa"da gələcəkdə ümidləri doğrultsa, "Malaqa" katalon klubundan 3 milyon avroyadək transfer haqqı da alacaq.
