"Çelsi" ilə oynanılan Çempionlar Liqası yarımfinal mərhələsində zədələnən "Barselona"nın müdafiəçisi Xerard Pike 1 həftə yaşıl meydanlardan kənar qalacaq. Korner.az-ın məlumatına görə, "zadəganlar"ın hücumçusu Didye Droqba ilə mübarizə zamanı yerdə qalan Pikenin, 1 həftə formasından uzaq qalacağı dəqiqləşib.
