“Barselona” transfer pəncərəsi bağlanana kimi bir və ya iki oyunçunun keçidini həll etməyi planlaşdırır.
Bu barədə Kataloniya klubunun idman direktoru Robert Fernandes İspaniya mətbuatına açıqlamasında məlumat verib:
“Bir və ya iki oyunçunun keçidi üzrində işləyirik. Ancaq ad açıqlamayacam. Danışıqlar davam edir”.
“Barselona”nın “Nitsa”nın yarımmüdafiəçisi Jan Mişel Seri və “Liverpul”un hücumçusu Filippe Koutinyonun xidmətində maraqlı olduğu deyilir.
