Topaz Premyer Liqasının 3-cü turunda “Səbail”i məğlub edərək ilk xallarını qazanan “İnter”də istirahət başa çatır. Bakılılar 3 günlük istirahətdən sonra bu gün ilk məşqinə çıxacaq.
Çalışmalarda yalnız uzun müddətdi zədəli olan Fuad Bayramov iştirak edə bilməyəcək.
“İnter” Premyer Liqada geridə qalan 3 turdan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb.
