Sloveniyada təlim-məşq toplantısını davam etdirən "Bakı" ikinci yoldaşlıq oyununa hazırlaşır.
Korner.az-ın məlumatına görə, iyunun 24-ə planlaşdırılan qarşılaşmada rəqib Sloveniya yüksək liqa təmsilçisi "Mura" klubudur. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq və klub televiziyası vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, "Mura" 1924-cü ildə təsis olunub. 3 dəfə Sloveniya çempionatının gümüş medalçısı, Sloveniya kuboku və superkubokunun qalibi olub.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)