“Sumqayıt” heyətinə daha bir futbolçu qatıb.
Korner.az-ın məlumatına görə, gənclik şəhəri təmsilçisi “Bakı”dan ayrılan Rəhman Hacıyevlə güclənib.
Qeyd edək ki, Milinko Pantiç Rəhmana cari mövsümdə Premyer Liqada 18 dəqiqə oynamaq şansı verib. Hacıyev 2009-cu ildə yüksəldiyi əsas heyətdə indiyədək 48 oyun keçirib və 2 qol vurub.
