“Komandamızda vəziyyət əladır. Ümumiyyətlə, "Bakı"da yerli futbolçularla əcnəbilərə heç bir fərq qoyulmur”. Korner.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior deyib.
Braziliyalı futbolçu oyunqabağı keçirilən mətbuat konfransında bunları deyib:
“Biz hamımız "Bakı"nın futbolçusuyuq və Azərbaycanı təmsil edirik. Sabahkı oyunda qələbə qazanmağa çalışacağıq. Sloveniya futbolu proqnoza sığmır, rəqibi tam ciddi qəbul etməliyik. Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik, bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
