“Bakı” klubunun gənc hücumçusu Namiq Ələsgərov 10-20 sentyabr tarixlərində Azərbaycan U-19 yığmasının düşərgəsinə dəvət alıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Namiq milli komandanın Ukraynada baş tutacaq təlim-məşq toplantısında iştirak etməlidir.
Ancaq səfər tarixində dəyişiklik edilib. Sentyabr 14-də Azərbaycan Premyer Liqasının 5-ci turunda “Bakı”nın “Turan”- ı qəbul etdiyini nəzərə alan AFFA-nın razılığı ilə futbolçunun düşərgəyə 15 sentyabr tarixində qoşulacağı qərara alınıb.
