“Bu qələbəni klubumuzun prezidenti Hafiz Məmmədova həsr edirik. Futbolçularım meydandan kənar təzyiqlərə sinə gərməyi bacardı. Buna görə onlara təşəkkür edirəm".
Korner.az-ın məlumatına görə, bu sözləri kubokun finalında "Neftçi"ni məğlub edən "Bakı"nın baş məşqçsi Növruz Əzimov deyib.
Çalışdırıcı daha sonra bunları dedi:
"Gərgin qarşılaşma oldu. Şadam ki, sonda qalib gəldik. Parks əvəzlənərkən küncdən zərbə vururduq. Parks epizodun başa çatmasını istədi. Ondan sonra meydandan çıxdı. Baş məşqçisi kimi komandada qalıb-qalmayacağıma rəhbərlik qərar verəcək. Mənim və ya başqa mütəxəssisin təyin olunmasından aslı olmayaraq, “Bakı”nın seçiminin doğru olmasını arzulayıram”.
