UEFA Avropa Liqası birinci təsnifat mərhələsinin "Bakı"-"Mura 05" qarşılaşması və 1 həftə sonra Sloveniyada baş tutacaq cavab oyunu canlı yayımlanacaq.
Korner.az paytaxtımızın eyniadlı klubunun saytına istinadən xəbər verir ki, artıq bu barədə Sloveniya tərəfi ilə razılıq əldə olunub.
Beləliklə, "Bakı"nın həm ev, həm də səfər oyunu AZTV vasitəsilə canlı yayımlanacaq. İlk oyun 5 iyul 2012-ci il tarixdə saat 21.00-da "Dalğa Arena"da, cavab oyunu isə 12 iyul 2012-ci il tarixdə Sloveniyada keçiriləcək.
