“Bakı”nın əvəzedici heyətinin yeni baş məşqçisi müəyyənləşib. Korner.az-ın məlumatına görə, “zolaqlılar”ın ikinci komandasına bundan sonra İbrahim Uzunca başçılıq edəcək. O, bu postda Qəhrəman Əliyevi əvəzləyib. Buna qədər Uzunca “Bakı”nın farm-klubu olan və birinci dəstədə yarışan “Lokomotiv”ə (Biləcəri) rəhbərlik edirdi. Türkiyəli mütəxəssis həmçinin paytaxt təmsilçisinin aşağı yaş qrupu üzrə komandalarında da fəaliyyət göstərib.
