Ölkə futbolu

“Bakı”da “şəhər uşaqları” fəaliyyətə başladı

02.06.2012 , 08:44

"Bakı"nın daha bir fanklubu fəaliyyətə başlayıb.

Korner.az-ın məlumatına görə, "şəhər uşaqları" adlandırılan fanklub qeydiyyata başlayıb.

elanı sona kimi oxuyun ki, bütün suallarınıza cavab tapasınız

Artıq bu barədə klubun rəsmi facebokk səhifəsindən elan da ayrılıb: "Ölkəmizdə "Səhər Usaqları" adlı yeni fan klub fəaliyyətə başlayır.
Fan klub, əsasən, bu vaxta kimi oyunlarına getməyən və fan klub üzvü olmayanlar ucun nəzərdə tutulub, amma, təbii ki, istisnalar da olacaq.
Fan Kluba uzvü olanlar xüsusi imtiyazlar qazanacaqlar:

Klubun tədbirlərinə, oyunlarına və social aksiyalarına sadiq fanat kimi qoşulanlar ucun:
– klubun atributları, (forma, aksesuarlar)
– oyuncularla fotosessiyalar,
– iilik pulsuz biletlər
– klubun səfər oyunlarında, o cümlədən ölkə xaricində keçirilən qarşılaşmalara kollektiv səyahətlər
– pulsuz bukletlər və klub jurnalı
– digər maraqlı hədiyəllər təqdim olunacaq.
Fan klub rəsmidir, liderlər və qrup rəhbərləri demokratik, şəffaf seçki əsasında formalaşacaq.

Bununla bərabər ölkəmizdə ilk dəfə xanımlar üçün xüsusi qrup yaradılır.

16 yaşından yuxarı gızlar fan kluba üzv ola bilərlər.
Hazırda fan klubun formalaşmasına start verilir. Rəsmi olaraq “Şəhər Uşaqları” Fan klubu üzümüzə gələn sezondan (2012-ci ilin avqust ayından )fəaliyətə başlayır, qoşulmaq istəyənlərIndidən qeydiyatdan keçə bilərlər.

Fan kluba qoşulmaq arzusunda olanlar səhfənin inboxuna (ismarıc qutusuna) müraciət etsin".

Son yazılar

Yuxarı