Bakıda keçiriləcək dünya kubokunda 14 ölkə iştirak edəcək
26.01.2022 , 12:33
![](https://korner.az/wp-content/uploads/2022/01/gimnastika.jpg)
Fevralın 12-13-də Bakıda, Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku keçiriləcək.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
2022-ci ildə keçiriləcək ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir. Yarışlar “İdman” TV telekanalı vasitəsilə canlı yayımlanacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)