Qısa fasilədən sonra "Bakı" klubu yenidən bir araya gəlib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandalara çağırılan oyunçularının yoxluğunda komanda tam heyətlə məşqlərini keçirib.
“Zolaqlılar” çempionatda yaranan fasilədən maksimum yararlanmaq niyyətindədirlər. Belə ki, sentyabrın 7-də əsas komanda “Bakı”nın əvəzedici heyəti ilə yoldaşlıq oyunu keçirəcək.
