"Bakı"nın Xorvatiyalı qapıçısı Marko Şarliya komandadan ayrılıb.
Korner.az-ın məlumatına görə, rəhbərlik əlcək sahibi ilə müqavilə müddətini uzatmaq istəməyib. Şarliya artıq özünə yeni komanda axtarır.
Qeyd edək ki, təcrübəli qapıçı 2008-ci il mövsümündən bu yana paytaxt təmsilçisinin şərəfini qoruyurdu.
