Sloveniyada təlim-məşq toplantısını davam etdirən "Bakı" ikinci yoldaşlıq oyununu keçirib. Korner.az "Bakı"nın saytına istinadən xəbər verir ki, rəqib Sloveniya yüksək liqa təmsilçisi "Mura 05" klubu olub. 3 dəfə Sloveniya çempionatının gümüş medalçısı, Sloveniya kuboku və superkubokunun qalibi olmuş "Mura"y oyun təmsilçimizin 4 cavabsız qolla qalib gəlib. "Zolaqlılar"ın heyətində Nenad Kovaçeviç, Junior, Maris Verpakovski və Mario Lukas Horvat fərqlənib.
