"Bakı" növbəti transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, "zolağlılar"ın heyətinə qatdığı növbəti futbolçu Rumıniyanın "Otselul" klubundan Marius Penadı.
Paytaxt klubunun rənglərinə bağladığı 27 yaşlı hücumçu Ferdi Elmas və Mario Martines Rubiodan sonra üçüncü ardıcıl transferidi.
Pena ilə artıq rəsmi müqavilə də imzalanıb.
Qeyd edək ki, “Bakı”nın mövsümlərarası fasilədə ilk transferi AZAL-dan ayrılan millimizin müdafiəçisi Aqil Nəbiyev olub.