"Deməzdim püşk bizə rahat komandanı rəqib etdi. Lakin buna baxmayaraq, yaxşı oyun göstərib mərhələni keçmək olar". Bu sözləri Korner.az-a açıqlamasında “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov deyib. Klub rəsmisi stadion amilinə toxunub:
"Biz "Mura" ilə yoldaşlıq görüşü keçirdik və 4:0 hesabı ilə qələbə qazandıq. Amma bu o demək deyil ki, bu komanda zəifdi. Yoxlama matçı başqadı, Avrokubok başqa. Futbolçularımızın arxayınlaşmasından qorxuruq. Onları matça kökləmək lazım gələcək".
Y.Seyidov sonda meydança amilinə toxunaraq: "İnter" və biz eyni stadiondan, "Dalğa Arena"dan istifadə edirik. Məsələ burasındadır ki, hər iki klub öz meydanında oynamalıdı. Bununla bağlı müraciət edəcəyik. Ya "İnter", ya da biz rəqib meydanında oynamaq təkilifini qarşı tərəfə bildirəcəyik" – dedi.