Bu gün "Bakı" klubu Sloveniya toplanışı üzrə son hazırlıq matçına çıxıb.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi Slovakiyanın "Senica" klubu ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçın 24-cü dəqiqəsində slovaklar hesabda irəli çıxsa da, "Bakı"nın latviyalı hücumçusu Maris Verkapovskis ikinci hissədə hesabı bərabərləşdirib.
