“İnter” qış fasiləsində növbəti transferini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, paytaxt klubu çex hücumçu İvo Taborski ilə müqavilə imzalayıb.
Taborskinin son iş yeri “Teplitse” olub. 29 yaşlı forvard Çexiya klubu ilə bir müddət əvvəl yollarını ayırıb və “İnter”ə azad agent kimi keçib.
Yayda “Teplitse”yə keçən İvo 15 oyunda 3 qol vurub. O, son rəsmi oyununa ötən ilin 29 noyabrında çıxıb. Taborski əvvələr Çexiyanın “Slaviya”, “Bohemians 1905”, “Pribram”, “Çeske”, “Mlada”, “Dinamo” və Slovakiyanın “Slovan” klublarında çıxış edib.
Qeyd edək ki, “İnter” bundan əvvəl Dieqo Madriqal və Yoan Bokonyanonu heyətinə qatıb.