Sloveniyada təlim-məşq toplanışında olan "Bakı" ilk yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, "zolaqlılar"ın rəqibi Xorvatiyanın "Osiek" klubu olub.
İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında "Bakı" Nurlan Novruzovla hesabı açıb. Lakin Xorvatiya təmsilçisi cavab qolu ilə matçın sülhlə başa çatmasına səbəb olub – 1:1.