Son ölkə kubokunun qalibi "Bakı" Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martines, eləcə də Boliviya millisinin müdafiəçisi Edemir Rodriqeslə yanaşı daha bir neçə legioner futbolçu ilə danışıqlar aparır.
Korner.az-ın məlumatına görə, paytaxt klubu Cənubi Amerikadan iki futbolçu transfer etmək istəyir. Adları açıqlanmayan futbolçular Braziliya və Argentinadandı.