Pulsuz biletlər, atributlar, formalar
"Bakı” azarkeşlərinin rahatlığını düşünürək, kluba dəstək olan tərəfdarlar üçün maksimum şərait yaratmağa çalışır.
17 may tarixində “Dalğa Arena”da Azərbaycan kubokunun final görüşü ("Neftçi" – "Bakı") oyununa gələrək "Bakı"nı stadionda dəstəkləmək arzusunda olan azarkeşlər üçün kampaniya start götürür:
Komandanın sadiq azarkeşləri bu oyunda klub tərəfindən tam dəstəklənir:
– pulsuz biletlər
– stadiona gediş və gəliş üçün nəqliyyat
– klub atributları, forma, şarf, bayraqlar sizi gözləyir.
Oyuna fan klub üzvü kimi bilet əldə etmək istəyənlər qeydiyatdan keçməlidirlər. Qeydiyatdan keçmək üçün klubun facebook səhifəsinin https://www.facebook.com/fcbaku inboxuna ismarıcla və ya (055) 650-99-58 nömrəsinə sms-lə müraciət edin:
– adınızı, soyadınızı, yaşınızı qeyd edin
– oyuna neçə nəfərlə gələcəyinizi yazın
– əlaqə telefonunuzu yazın
Qrup halinda formalaşan azarkeş dəstələri üçün xüsusui təklifimiz var:
50 nəfər toplayaraq qrup yaradan azarkeşləri ictimai nəqliyyatla sizin ünvandan stadiona və geri gaytarmaq üçün çalışırıq. 50 nəfərlik qrupları birbaşa sizin məhəllədən nəqliyyatla təmin edə bilərik.Nəqliyyat vasitələrinin dislokasiyası, yəni oyuna haradan və hansı saatlarda hərəkət edəcəyi barədə əlavə məlumat veriləcək.
Məlumat üçün facebook səhifəsi https://www.facebook.com/fcbaku və rəsmi saytımı https://www.fcbaku.com izləməyə davam edin.