Topaz Premyer Liqasının XXIV turunun 5 matçını 7700 nəfər stadiondan izləyib. Bu hər matça orta hesabla 1540 tamaşaçı deməkdi.
Ən çox tamaşaçı “Simurq” – “Qəbələ” matçına toplaşıb – 2700 nəfər. Ən az azarkeş isə “Bakı” – “Sumqayıt” oyununa maraq göstərib. Bu oyunu cəmi 250 nəfər izləyib.
Simurq – Qəbələ (2700 tamaşaçı)
Neftçi – Qarabağ (2000 tamaşaçı)
Xəzər Lənkəran – İnter (2000 tamaşaçı)
Rəvan – AZAL (800 tamaşaçı)
Bakı – Sumqayıt (250 tamaşaçı)
Ümumilikdə 24 turun 120 qarşılaşmasını 196750 nəfər stadiondan izləyib ki, bu da hər oyuna orta hesabla 1639 nəfər deməkdi. Ən çox tamaşaçı XX turun “Xəzər Lənkəran” – “Neftçi” matçına toplaşıb – 11000 nəfər. XIX turun “Sumqayıt” – “Qəbələ” qarşılaşmasında isə mövsümün antirekordu qeydə alınıb – 100 nəfər.
