Bakının “İnter” klubu hücumçu problemini həll edib.
Korner.az-ın məlumatına görə,baş məşqçi Kaxaber Sxadadze “Neftçi” klubunun sabiq futbolçusunu sərəncamına daxil edib.
Söhbət Bahodir Nasimovdan gedir. Nasimov artıq “İnter”in Türkiyədəki toplanışına qatılıb və klubla 1 illik müqavilə imzalayacaq. Onun iyunun 10-da, komanda Azərbaycana qayıdan zaman sözləşməyə imza atması planlaşdırılıb.