“Ümumən oyundan razı qaldım. Buraxdığımız qollarda müdafiə xəttinin kobud səhvi oldu”.
Korner.az-ın məlumatına görə, bu sözləri Bəhreyn milllisinin baş məşqçisi Peter Teyloryi millimizlə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Penaltini qapıçımız yaxşı dəf etdi. Mənə elə gəlir ki, həmin epizodda qayda pozuntusu yox idi. Amma künc zərbəsində sonra kobud səhv buraxdıq. Azərbaycan güclü komandadır”.
Teylor məğlubiyyətlərinə əsas səbəblərdən biri kimi futbolçularının oruc tutmasını göstərib: “Futbolçularımızın çoxu oruc tutur. Həm də bizdə mövsüm hələ start götürməyib. Bunları nəzərə alsaq, komandamdan razı qaldım”.
