Azərbaycan millisindən qələbə
02.09.2022 , 23:43
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin E qrupunda səfərdə Malta ilə qarşılaşıb.
Korner.az xəbər verir ki, görüş yığmamızın qələbəsiylə başa çatıb – 2:0.
Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova vurub.
Azərbaycan millisi bu nəticə ilə xallarının sayını 6-ya yüksəldərək, 4-cü pilləyə qalxıb. Malta isə 4 xalla 5-cidir.