Türkiyənin “Fənərbağça” klubunun hazırda həbsdə olan prezidenti Aziz Yıldırım bu posta yenidən namizədliyini irəli sürüb. Korner.az-ın məlumatına görə, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, Yıldırım özü bu posta yenidən gəlmək istəyir. Növbəti Hesabat-Seçki Konfransı 19-20 mayda olacaq.
Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən “Fənərbağça”nın prezidentidir. O, 2011-ci il iyulun 3-də “İqtisadi mənfəət məqsədilə cinayətkar şəbəkə qurmaq və idarə etmək” ittihamı və danışılmış oyunlarda iştirak etmə iddiası ilə həbs olunub. Yıldırımın 60 yaşı aprelin 2-də həbsxanada tamam olub.