“Azarkeşlərin oyuna marağı böyükdür” – Rəşad Sadıqov
01.06.2024 , 17:50

Azərbaycan Kubokunun finalında keçiriləcək “Qarabağ” – “Zirə” oyunundan öncə keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib.
-İlk növbədə hər kəsi salamlayıram. Son oyundur. Bizim üçün bu oyun bayram əhval ruhiyyəsindədir. Biletlər satılıb. Azarkeşlərin oyuna marağı böyükdür. Maraqlı mübarizənin şahidi olacağıq. Oyundan əvvəl danışmaq çətindi. Əsas meydanda gərgin mübarizə keçsin. İnşAllah qalib gələn biz olarıq.
– Penaltilərə seriyasına hazırsınız?
-Finaldır. Finalda hər şey ola bilər. Sabah necə olacağını əvvəlcədən proqnoz verə bilmərəm.
– Avropa Liqasındakı potensial rəqibləriniz bilindi. Onlar sizi izləyəcəklər. Öz əzəmətinizi göstərmək baxımından bu sizə daha da motivasiya verə bilər?
-Əvvəlcədən nəsə demək çətindi. Bütün fikirlərimiz sabahkı oyunla bağlıdır. Yenə də fikrimiz “Qarabağ”la oyundadır.
