“Fənərbaxça” – “Marsel” oyununda türk azarkeşlər komandanın baş məşqçisi Aykut Kocamanı istefaya səsləyiblər.
Korner.az– ın məlumatına görə, 2:0 hesabı ilə öndə olan “Fənərbaxça”nın qapısından rəqibin ikinci hissədə 2 top keçirməsi azarkeşləri özündən çıxarıb.
Aykut Kocaman isə azarkeşlərin tələbinə və həmçinin son dəqiqələrdə hesabın bərabərləşməsinə isə belə münasibət bildirib: "Azarkeşlərin bu hərəkəti haqda danışmaq istəmirəm. Mən belə bir şey eşitmədim. Polemikaya girmək lazım deyil . Futbol belə bir oyundu. Bu matçda isə qalibiyyəti əldən verdiyimiz üçün çox kədərləndik. Hər kəs son dəqiqələrdə vurulan qolları oyunçu dəyişikliyi ilə əlaqələndirir. Ancaq bu əsas səbəb deyil”.
